Üç uşaq anası intihara cəhd etdi - Göyçayda

Üç uşaq anası intihara cəhd etdi - Göyçayda
21:09 3 Mart 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1991-ci il təvəllüdlü Süleymanova Xalidə Xalid qızı yaşadığı evdə dərmandan zəhərləndiyi üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

      

Araşdırma zamanı məlum olub ki, 26 yaşlı Xalidə Süleymanova 40 tablet əsəb sakitləşdirici dərmanı udaraq intihara cəhd edib. Üç uşaq anası X.Süleymanovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

      

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR