Baş direktor: "Azərbaycan "KamAZ" üçün çox vacib bazardır" - FOTO

Baş direktor: "Azərbaycan "KamAZ" üçün çox vacib bazardır" - FOTO
21:12 3 Mart 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

"KamAZ" şirkəti üçün Azərbaycan çox vacib və ciddi bazardır.

Milli.Az bildirir ki, bunu Trend-ə eksklüziv açıqlamasında şirkətin baş direktoru Sergey Koqogin deyib.

Onun sözlərinə görə, Azərbaycan da iqtisadi böhranın təsirinə məruz qalıb: "Bizi Azərbaycanda satış həcmlərinin azalması təəccübləndirmir. Amma bizim burada stabil tərəfdaşımız var. O, Azərbaycanda təkcə "KamAZ" avtomobillərinin köhnə modellərinin satışını həyata keçirmir, həm də yeni modelləri əldə edir. Azərbaycan stabil siyasi sistemi olan ölkədir. Biz əminik ki, ölkənin gələcək inkişaf üçün kifayət qədər potensialı, resursları və ehtiyatları var. Bu, bizim üçün çox vacib və ciddi bazardır".

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR