Gəncədə piyadanın ayaqları ehtiyatsızlıqdan qatarın altında qalıb

Gəncədə piyadanın ayaqları ehtiyatsızlıqdan qatarın altında qalıb
21:22 3 Mart 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 3 mart. REPORT.AZ/ Gəncədə dəmir yolu relsinin üzərindən qarşı tərfə keçmək istəyən piyadanın ayaqları ehtiyatsızlıqdan qatarın altında qalıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini Hüseyn Hüseynov dəmiryol relsinin üzərindən keçərkən qarşıdan qatarın gəldiyini görsə də, qarşı tərəfə keçmək istəyib. Lakin o ehtiyatsızlıdan yıxılıb və bu zaman hərəkətdə olan qatar onun ayaqlarının üzərindən keçib.
Piyada ağır vəziyyətdə şəhərdəki xəstəxanaların birinə aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının hər iki ayağı amputasiya edilib. 
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-piyadanin-ayaqlari-demiryol-qatarinin-altinda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR