Şahzadə Diana belə geyinirdi - FOTO

Şahzadə Diana belə geyinirdi - FOTO
21:22 3 Mart 2017
199 Maraqlı
Ölkə mətbuatı
A- A+

1997-ci ildə keçirdiyi yol qəzası nəticəsində həyatını itirən Şahzadə Diananın ölümündən 20 il ötür. Bu münasibətlə onun unudulmayan geyimləri yenidən xatırlanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Kensington Sarayı" hər il olduğu kimi, bu il də Şahzadə Diananın anım gününü qeyd edib. Bu dəfə onun geyimləri sərgilənib. Ekspozisiya "Krallığa xas  geyim qaydalarını tez bir zamanda öyrənən güclü və gənc bir qadın" hekayəsi üzərində qurulub.

Sərgilənən geyimlər arasında 1985-ci ildə Şahzadə Diananın Ağ Evdə qatıldığı tədbirdə aktyor John Travolta ilə rəqs edərkən geyindiyi mavi məxmər paltar da yer alır. Ümumiyyətlə, bu sərgi Şahzadə Diananın moda stili haqqında təəssürat yaradır. Sərginin adı da elə buna uyğundur: "Diana: Moda hekayəsi".
 
Ötən əsrin 80-ci və 90-cı illərində Diananın geyindiyi ən gözəl geyimləri bu ekspozisiyada görmək olar.
 
Sərgi münasibəti ilə "Kensington Sarayı"nın bağçası da Diananın həyatı və imicinə uyğun sevdiyi çiçəklərlə - lalələr, sitrus meyvələri və ağ güllərlə bəzədilib.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR