Şirvanda 17 yaşlı oğlanı avtomobil vurub

Şirvanda 17 yaşlı oğlanı avtomobil vurub
21:27 3 Mart 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan. 3 mart. REPORT.AZ / Şirvanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini, 17 yaşlı Coşqun Mütəllim oğlu Salahov yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış gənc Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sirvanda-17-yasli-oglani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR