Diplomatik gərginlikdən sonra ilk görüş

Diplomatik gərginlikdən sonra ilk görüş
21:28 3 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə XİN rəbəri Mövlut Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı alman tərəfinin təşəbbüsü ilə keçirilib. Çavuşoğlu və Qabriel Almaniyada martın 8-də görüşmək barədə razılığa gəliblər.

Telelfon danışığında ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib. M.Çavuşoğlu Almaniya ilə Türkiyə arasında yaşanan diplomatik problemdən narahatlığını səsləndirib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın iştirakı ilə Almaniyada keçiriləcək tədbirə alman tərəfi icazə verməmişdi. Bu isə iki ölkə arasında diplomatik gərginliyə səbəb olmuşdu. Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılmışdı. Eləcə də Türkiyənin bir neçə naziri Almaniyaya planlaşdırılan səfərlərindən imtina etmişdilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR