26 yaşlı qadın intihara cəhd edib

26 yaşlı qadın intihara cəhd edib
21:32 3 Mart 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Süleymanova Xalidə Xalid qızı yaşadığı evdə dərmandan zəhərləndiyi üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Araşdırma zamanı məlum olub ki, 26 yaşlı Xalidə Süleymanova 40 tablet əsəb sakitləşdirici dərmanı udaraq intihara cəhd edib. Üç uşaq anası X.Süleymanovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
       
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/523098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR