Gəncədə 3 otaqlı ev yanıb

Gəncədə 3 otaqlı ev yanıb
21:47 3 Mart 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 3 mart. REPORT.AZ/ Gəncə şəhərində yanğın hadisəsi olub.
Fövqalədə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə axşam saatlarında, şəhər sakini, 1941-ci il təvəllüdlü Ağaməmməd Mehdiyevə məxsus 3 otaqlı evdə baş verib.
Belə ki, ümumi sahəsi 105 kv/m olan evin 1 otağı və dam örtüyü yanaraq külə dönüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-3-otaqli-ev-yanibdv

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR