İŞİD-dən TƏHDİD MESAJI: İstanbulda da eynisini etmişdi - VİDEO

İŞİD-dən TƏHDİD MESAJI: İstanbulda da eynisini etmişdi - VİDEO
22:13 3 Mart 2017
407 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı internetə yüklədiyi video ilə Belçikanı təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, video Belçikanın liman şəhəri olan Antverpendə çəkilib.

Videonun əvvəlində əlində bir kağız tutan adam görünür. Kağızda ingilis dilində “biz hələ buradayıq” yazılıb. Əlində kağızı tutan şəxs daha sonra telefonla çəkdiyi təxmin edilən çəkilişə davam edərək qatar stansiyası və ətrafını göstərir.

Videonun internetdə yayılmasının ardınca başda Belçika olmaqla, bir çox Avropa ölkəsində təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, Yeni il gecəsi İstanbulda “Reina” klubunda 39 nəfəri öldürən Abdülkadir Maşaripovun mobil telefondan da bənzər bir video çıxmışdı. Onun hücum üçün seçdiyi Taksim meydanında çəkdiyi videonun İŞİD-ə mesaj olaraq göndərildiyi müəyyən edilmişdi.

Ömər


DEAŞ Sosyal Medyaya Yüklediği Videoyla Belçika... by haberler


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR