Ağ saçları gizlətməyin 6 SADƏ YOLU

Ağ saçları gizlətməyin 6 SADƏ YOLU
22:17 3 Mart 2017
429 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ağaran saçlarınızı rəngləmək üçün vaxtınız və imkanınız yoxdur? Ya da saçlarınızı rəngləməyə qıymırsınız ? Bəs ağ telləri gizlətməyin yollarını bilirsinizmi? Milli.Az lent.az-a istinadən ağ saçları gizlətməyin 6 sadə yolunu təqdim edir.

Saçınızı fərqli tərəfə ayırın
 
Hər gün saçınızı ortadan, ya da eyni tərəfə ayırırsınızsa, bunu dəyişdirin.
Saçınızı fərqli tərəfə daradığınızda çıxan ağlar daha az diqqət çəkəcək. Eyni zamanda saçlarınıza həcm də qazandıracaq.
 
Saçınıza fərqli hava qatın
 
Dümdüz saçlarda çıxan ağ saçlarınız o dəqiqə bəlli olur. Dağınıq qıvrımlar mükəmməl bir şəkildə istənməyən rəngdəki saçlarınızı gizlədər. Saç fırçasının yardımı ilə saçlarınızı dalğalandırın və saç spreyi sıxın.
 
Quru şampun istifadə edin
 
Quru şampun saçlarınıza həcm qazandıraraq, diblərinin rəngini soldurar. Rəngli quru şampunlarla ağ saçlarınızı qısa müddətlik gizlədə bilərsiniz.
 
Saçınızı hörün
 
Saçınızı hörsəniz, görünən ağ telləriniz digər saçlarınıza qarışıb görünməyəcək.
 
Aksessuar istifadə edin
 
Şıq bir saç toqqası saç diblərindən diqqəti yayındıracaq. Sadə bir topuz, ya da at quyruğuna fərqli hava qatar. Saç bantı da istifadə edə bilərsiniz.
 
Saçınızın həcmini artırın
 
Başınızın yuxarısına həcm qazandıraraq, ağ saçlarınızı asanlıqla gizlədə bilərsiniz.

Etməli olduğunuz sadəcə nəm saçlarınıza köpük sürtün, qurutmadan əvvəl daraqla saçınızı tərs yönə darayın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR