Bədbəxt hadisə: Gəncə sakini qatarın altında qaldı

Bədbəxt hadisə: Gəncə sakini qatarın altında qaldı
22:28 3 Mart 2017
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə dəmiryol relsinin üzərindən qarşı tərəfə keçmək istəyən piyadanın ayaqları ehtiyatsızlıqdan qatarın altında qalıb.

Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən "Report"a verilən məlumata görə, hadisə Gəncəçay Stansiyasının yaxınlığında, qorunmayan keçiddə baş verib.

Belə ki, 1940-cı il təvəllüdlü Hüseyn Müstəcəb oğlu Hüseynov dəmir yolunu keçmək istəyən zaman yıxılıb və hərəkətdə olan teplovoz onun ayağının üzərindən keçib. Xəstəxanaya yerləşdirilən yaralının sağ ayağı amputasiya edilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR