Tramp sosial şəbəkədə demokratların Senatdakı rəhbərinin Putinlə fotosunu yayıb

Tramp sosial şəbəkədə demokratların Senatdakı rəhbərinin Putinlə fotosunu yayıb
22:42 3 Mart 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "Twitter"də demokratların Senatdakı rəhbəri Çak Şumerin Rusiya prezidenti Vladimir Putinlə fotosunu paylaşıb.
"Report"un məlumatına görə, ABŞ-ın 45-ci prezidenti "Dərhal senator Şumerin Putinlə münasibətlərinə dair araşdırma aparmaq lazımdır. Bu ikiüzlülükdür" – deyə yazıb.
Qeyd edək ki, bundan əvvəl isə Çak Şumerin özü ABŞ-ın ədliyyə naziri Ceff Seşnsi Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakovla əlaqələrinə dair məlumatlar səbəbindən istefaya çağırmışdı. Seşns isə rusiyalı diplomatla əlaqə saxladığını təsdiq edib. O, bildirib ki, diplomatla terrorizmə qarşı mübarizəni, Ukraynada vəziyyəti müzkirə edib. Nazir həmçinin 1991-ci ildə nümayəndə heyətinin tərkibində Rusiyaya səfər etdiyini də xatırladıb.
Son vaxtlar ABŞ-da bir neçə dövlət məmurunun Rusiya nümayəndələri ilə əlaqələri qalmaqala səbəb olub. Demokratlar bu hadisələrin araşdırılmasını tələb edirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-sosial-sebekede-demokratlarin-senatdaki-rehberinin-putinle-fotosunu-yayibsvdvd

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR