Avtomobil aşıb, xəsarət alan var

Avtomobil aşıb, xəsarət alan var
22:47 3 Mart 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçayda bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Ə.Kərim küçəsində qeydə alınıb.

Rayonun Ərəb kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Əlisa Nüsrət oğlu idarə etdiyi 23-BL-131 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil dairəvi yol ötürücüsünə çırpılaraq aşıb. Hadisə zamanı sürücü xəsarət almasa da, onun avtomobilindəki sərnişin, Ərəb kənd sakini, 1994-cü il təvəllüdlü Baxışov Azad Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/523136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR