"Bunu etmək üçün vaxt lazımdır"

"Bunu etmək üçün vaxt lazımdır"
22:57 3 Mart 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin baş məşqçisi Antonio Konte London klubunda uzun müddət çalışmaq istədiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, müqaviləsi 2019-cu ildə başa çatacaq çalışdırıcı bunları deyib:

"Taleyimə bu təcrübəyə görə minnətdaram. Ailəm İtaliyada qalsa da, yaxın vaxtlarda bura gələcəklər. Onlara ehtiyacım var. Ümid edirəm ki, "Çelsi"də uzun müddət işləyəcəm. Adətən bir layihəyə başlayanda müəyyən vaxtdan sonra bir şeyə nail olmaq istəyirsən. Bunu etmək üçün vaxt lazımdır. Ötən mövsüm "Çelsi" üçün yaxşı olmayıb. Futbolçuların xarakter göstərib titul mübarizəsinə qayıtması məni sevindirdi. Ən əsası klubun uğur qazanmasıdır. Premyer Liqanın digər məşqçiləri ilə rəqabət aparacağıma əmindim. İndi bu siyasəti davam etdirməli və zirvədə qalmalıyıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR