Amerika müsəlmanları YƏHUDİLƏRİN MÜDAFİƏSİNƏ QALXDI

Amerika müsəlmanları YƏHUDİLƏRİN MÜDAFİƏSİNƏ QALXDI
23:28 3 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ ərazisində yəhudi dini obyektlərə (qəbiristanlıqlar və sinaqoqlar) hücumlar seriyasından sonra Amerika müsəlmanları onları islamın və iudaizm davamçıları arasında həmrəylik əlaməti olaraq qorumağı təklif etdilər.

Publika.az xəbər verir ki, bu haqda “The Independent” nəşri yazıb.

Nəşr nümunə olaraq sosial şəbəkələrin istifadəçilərinin mesajlarını göstərir. Məsələn, Arizona ştatından olan keçmiş dəniz piyadaçısı Tayib Raşib cəmiyyətdə antisemitizmin artmasından narahatlığını ifadə edib. O bildirib ki, yəhudi dini obyektlərini qorumaq üçün getməyə şəxsən hazırdır.

“Əgər sizin sinaqoqunuz və ya yəhudi qəbiristanlığı müdafiəyə ehtiyac duyursa, mənə yazın. İslam bunu tələb edir”, - o, “Tvitter”də yazıb.

Raşibın mesajından sonra sosial şəbəkələrdə yüzlərlə analoji təklif səsləndirilib.

Fevralın 22-də məlum oldu ki, Amerika müsəlmanları vandallar tərəfindən dağıdılmış yəhudi qəbiristanlığının bərpasına 55 min dollar toplayıb.

“Biz Mədinə konstitusiyası ilə nəzərdə tutulmuş birlik, tolerantlıq və qarşılıqlı müdafiə haqqında vəsiyyətləri xatırlayırıq”, - deyə müraciətdə deyilir.

Qeyd edək ki, Mədinə konstitusiyası 622-ci ildə müsəlman icması ilə yəhudilər olmaqla digər qeyri-müsəlman qruplar arasındakı münasibətləri nizama salan müqavilədir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR