Otit: ən sadə üsullarla müalicə

Otit: ən sadə üsullarla müalicə
23:47 3 Mart 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Xroniki irinli otit orta qulağın iltihabi xəstəliyidir və təbil pərdəsinin deşilməsi ilə müşayiət olunur. Milli.Az bildirir ki, otolorinqoloq, tibb üzrə fəlsəfə doktoru Məzahir Hüseynovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, otit qulaq xəstəliklərinin 25-30 faizə qədərini təşkil edir. İstər kiçik yaşlı uşaqlar, istərsə də böyüklər arasında ona tez-tez rast gəlinir, xəstəliyin residivləşməsi 5-7 və 12-15 yaş arasında baş verir. Residivləşən irinli orta otitdə rerforasiyanın bitişməsi baş verirsə, xroniki irinli otitdə təbil pərdəsinin daimi perforasiyası və irinin uzun müddət axması müşayiət olunur.

Otolorinqoloqun dediyinə görə, xəstəliyin əlamətləri qulaqdan selikli, selikli-irinli, irinli və irinli-qanlı axıntının gəlməsidir. Əksər hallarda irinin iyli olması müşahidə edilməsə də, qoxulu irinin olması digər infeksiyaların qoşulması və ya perforasiyasının tutulmasından xəbər verir. Xəstələrin çoxunda eşitmə zəifliyi, bəzi hallarda isə küy olur, ağırlaşmamış formada isə axıntı öz-özünə dayana bilər. Qarışıq formada polip, qranulasiya və xolesteatomanın yaranması baş verir.

M.Hüseynov müalicə formaları barədə danışarkən deyib: "Xəstəliyə qarşı sadə xalq təbabəti üsulları ilə də mübarizə aparmaq olar. Məsələn, 1 xörək qaşığı qara gəndəlaş çiçəyi 1 stəkan qaynar su ilə qarışdırılır, bir müddət qalandan sonra stəkandakı çiçəklər çıxarılaraq nazik parçanın üzərinə yığılır, yarım saat ağrıyan qulağın üzərinə qoyulur.

Yaxud 7-10 ədəd lalə başçıqları yarım stəkan süddə yarım saat bişirilir, alınan ilıq məhlulla qulaq gündə iki dəfə yuyulur.

Daha bir üsul qarışıqlardan ibarətdir. 1 çay qaşığı nanə şirəsi, 1 çay qaşığı bal və yarım stəkan su qarışdırılır, tam həll olunana qədər ocaqda qızdırılır, gündə 2-3 dəfə 3-5 damcı ağrıyan qulağa damızdırılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/522956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR