Cinsi zəifliyini aradan qaldıran MÖCÜZƏLİ BİTKİ

Cinsi zəifliyini aradan qaldıran MÖCÜZƏLİ BİTKİ
23:47 3 Mart 2017
1550 Ölkə
Ölkə mətbuatı
A- A+

Erektil disfunksiya (cinsi zəiflik, impotensiya) daha tez-tez yaşlı kişilərdə təsadüf edilir.

Lakin bəzən cavan kişilər də bu problemlə üzləşir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu pozulmanın səbələri fizioloji və psixoloji ola bilər. Erektil disfunksiyanın müalicəsi müxtəlif üsullarla aparılır, lakin pozulmanı müalicə edən universal preparat mövcud deyil.

Bir neçə ölkədə aparılmış elmi araşdırmalar göstərib ki, cinsi zəiflik zamanı qırmızı jenşenin istifadə çox yaxşı nəticələr verir. Araşdırmanın birində cinsi zəifliyindən əziyyət çəkən 119 kişi iştirak edib. 8 həftə ərzində kişilərin bir qrupu qırmızı jenşen, digər qrupu plasebo ("boş həb") qəbul edirdi. 8 həftədən sonra məlum olub ki, qırmızı jenşeni qəbul edən kişilərdə ereksiya yaxşılaşıb.
Alimlərin fikrinə görə, bitki qan dövranını yaxşılaşdırır və əzələləri boşaldır ki, bu da cinsi zəifliyinin müalicəsində kömək edir.

Qırmızı jenşenin müalicəvi effekti Amerika ailə həkimlərinin akademiyası tərəfindən təsdiq olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/522862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR