Tillerson və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər

Tillerson və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər
23:59 3 Mart 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında telefon danışığı olub.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.

 

Məlumata görə, tərəflər münaqişənin sülh yolu ilə nizamlanması üzrə fikir mübadiləsi aparıblar.

 

"Söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib", - məlumatda deyilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR