Kiyevdə keçirilən beynəlxalq güləş turnirinin ilk günündə Azərbaycan idmançıları 4 medal qazanıb

Kiyevdə keçirilən beynəlxalq güləş turnirinin ilk günündə Azərbaycan idmançıları 4 medal qazanıb
01:02 4 Mart 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/  Ukraynanın paytaxtı Kiyev şəhərində bu ölkənin görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir keçirilir.
"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edir.
İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 97 kq, qadın güləşi üzrə 48, 55, 60, 69 kq çəkidə idmançılar mübarizə aparıb.
Qadın güləşi üzrə 48 kq çəkidə yarışan Türkan Nəsirova ardıcıl iki Ukrayna təmsilçisini üstələyərək finala yüksəlib. Finalda ABŞ idmançısına uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib.
60 kq çəkidə mübarizə aparan Tatyana Omelçenko bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıb. İlk görüşdə ABŞ təmsilçisi olan Olimpiya və Dünya çempionu Helen Maroulisi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinalda Ukrayna, finalda isə daha bir ABŞ idmançısından üstün olub.
Sərbəst güləş üzrə kişilərin yarışında 65 kq-da mübarizə aparan Gitinomaqomed Hacıyev Ukrayna və ABŞ təmsilçilərini üstələsə də, yarımfinalda Rumıniya idmançısına uduzub və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Moldova idmançısına qalib gələn təmsilçimiz turnirin bürünc medalını qazanıb.
65 kq-da mübarizə aparan daha bir təmsilçimiz Məhəmməd Müslümov da bürünc medal qazanıb. Həlledici görüşdə təmsilçimiz Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib.
Mircəlal Həsənzadə (57 kq) və Elis Manolova (69 kq) turniri 5-ci sırada tamamlayıb.
Beləliklə, güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı Tatyana Omelçenko (60 kq), gümüş medalı Türkan Nəsirova (48 kq), bürünc medalları isə Gitinomaqomed Hacıyev və Məhəmməd Müslümov (hər ikisi 65 kq) boynundan asdırıb.
57 kq
Bürünc medal görüşü
Mircəlal Həsənzadə - Reza Atrinagarçi (İRİ) 2:5
Təsəlliverici görüş
Taras Markoviç (UKR) - Mircəlal Həsənzadə 4:5
1/4 final
Andrey Yatsenko (UKR) - Mircəlal Həsənzadə 2:0
1/8 final
Mircəlal Həsənzadə - Armen Arakelian (UKR) 7:5
Pərviz İbrahimov - Reza Atrinagarçi (İRİ) 5:6
65 kq
Bürünc medal görüşü
Maksim Perpelisa (MDA) - Gitinomaqomed Hacıyev 0:5
Məhəmməd Müslümov - Andrey Kviatovskiy (UKR) 12:0
Təsəlliverici görüş
Teymur Məmmədov - Maksim Perpelisa (MDA) 0:3
1/2 final
Gitinomaqomed Hacıyev - Georgi Bucar (ROU) 1:12
1/4 final
Gitinomaqomed Hacıyev - Evan Hedderson (USA) 10:4
Gor Ogannesyan (UKR) - Məhəmməd Müslümov 12:8
1/8 final
Morteza Qiyasi (İRİ) - Məhəmməd Müslümov 0:4
Andrey Svirid (UKR) - Gitinomaqomed Hacıyev 2:8
Teymur Məmmədov - Georgi Bucar (ROU) 1:3 48 kq
FİNAL
Viktoriya Antoni (USA) - Türkan Nəsirova 10:0
1/2 final
Türkan Nəsirova - Yevgeniya Pavlova (UKR) 10:0
1/4 final
Oksana Livac (UKR) - Türkan Nəsirova 2:3
55 kq
Təsəlliverici görüş
Rim Ayari (TUN) - Solmaz Həşimzadə 11:0
1/4 final
Tetyana Kit (UKR) - Alyona Kolesnik 4:1
İrina Kuraçkina (BLR) - Solmaz Həşimzadə 2:1
1/8 final
Solmaz Həşimzadə - Mariya Holub (UKR) 7:0
60 kq
FİNAL
Alli Ragan (USA) - Tatyana Omelçenko 2:5
1/2 final
İrina Koliadenko (UKR) - Tatyana Omelçenko 0:8
1/4 final
Tatyana Omelçenko - Helen Maroulis (USA) 5:0 tuşe
69 kq
Bürünc medal görüşü
Elis Manolova - Aline Focken (GER) 0:7
1/4 final
Alla Çerkasova (UKR) - Elis Manolova 4:2




Xəbərin orijinal ünvanı: https://report.az/komanda/kiyevde-kecirilen-beynelxalq-gules-turnirinin-ilk-gununde-azerbaycan-idmancilari-1-qizil-1-gumus-v

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR