13 yaşlı qızı maşın vurdu - GORANBOYDA

13 yaşlı qızı maşın vurdu  - GORANBOYDA
01:53 4 Mart 2017
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda 13 yaşlı qızı avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Goranboy-Qızılhacılı avtomobil yolunda baş verib.

Belə ki, yolu keçən Qızılhacılı qəsəbə sakini Güllü Məmmədova "Ford" markalı avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış yeniyetmə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaraliya tibbi yardım göstərilib. Onun vəziyyəti kafi qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR