FED uçot dərəcəsini artıracaq

FED uçot dərəcəsini artıracaq
02:03 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq.

Publika.az xəbər verir ki, bu barədə FED-in rəhbəri Canet Yellen bildirib.

“Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq. Növbəti iclasda biz işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsinə qiymət verəcəyik. Bazarlarda inkişaf gözlədiyimiz kimi olsa uçot dərəcəsinin artırılması labüdləşəcək””, deyə C.Yellen vurğulayıb.

Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/190089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR