Məşhur aktrisa ana oldu

Məşhur aktrisa ana oldu
03:14 4 Mart 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur amerikalı aktrisa, “Oskar” mükafatı laureatı Natali Portman ana olub.

 

APA-nın məlumatına görə, bu barədə “People” jurnalı xəbər verib.

 

Natali Portmanın qız övladı fevralın 22-də  dünyaya gəlsə də, bu barədə bu gün məlum olub. Qıza Amaliya adı verilib.

 

Bu, Natali Portman və yoldaşı Benjamen Milpyenin ikinci övladlarıdır. 2011-ci ildə N.Portman oğlan dünyaya gətirib.

 

Portman və Milpye “Qara qu quşu” filminin çəkilişində tanış olublar. İlk “Oskar” mükafatını  N.Portman məhz bu filmdə oynadığı rola görə qazanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR