Azyaşlı cəsurluğu ilə basketbol azarkeşləri arasında populyarlıq qazanıb

Azyaşlı cəsurluğu ilə basketbol azarkeşləri arasında populyarlıq qazanıb
03:37 4 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın Tələbə İdmanı Milli Asossiasiyası ("National Collegiate Athletic Association" – NCAA) liqasında "Fresno" və "Boyse" komandaları arasında keçirilmiş basketbol oyunda baş vermiş maraqlı epizodun azyaşlı qəhrəmanı artıq bir neçə gündür idman azarkeşlərinin sevimlisinə çevrilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, oyunun gedişi zamanı top lövhənin konstruksiyasına ilişib.
Oyunçular bir neçə dəfə cəhd göstərərək topu oradan çıxarmağa çalışıblar. Onlar hətta parket yumaq üçün istifadə edilən lif süpürgədən də istifadə ediblər. Lakin basketbolçulardan heç biri topu oradan çıxarmağa nail ola bilməyib.
Onları bu vəziyyətdən 8-9 yaşlı uşaq çıxarıb. Belə ki, o, hündürlükdən qorxmayaraq, yuxarı dırmaşıb və cəld tapşırığın öhdəsindən gəlib.
Azyaşlı idman azarkeşinin bu addımı ona populyarlıq gətirib. İdman azarkeşinin məlum hərəkəti böyük alqışlarla qarşılanıb.
Qeyd edək ki, Fresno" və "Boyse" komandaları arasında basketbol oyunu bir neçə gün əvvəl keçirilib.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azyasli-azarkes-basketbol-oyununun-qehremanina-cevrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR