"Nanos Research": Kanada sakinləri ABŞ-dan gələn miqrantları təhlükəli saymır

"Nanos Research": Kanada sakinləri ABŞ-dan gələn miqrantları təhlükəli saymır
04:47 4 Mart 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Kanada əhalisinin əksəriyyəti hesab edir ki, ABŞ-dan bu ölkəyə gələn miqrantlar təhlükəli deyil.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu, "Nanos Research" şirkətinin keçirdiyi sosiloloji sorğu nəticəsində məlum olub.
Sorğuda iştirak edənlərin 62 faizi hesab edir ki, ABŞ-dan gələn miqrantlar Kanada üçün heç bir təhlükə törətmir. Rəyi soruşulanların 28 faizi isə əksinə, miqrantların həm Kanada, həm də sakinlərin iş yerləri üçün təhlükə olduğunu bildirib.
Sorğuda iştirak edənlərin 10 faizi bununla bağlı sualları cavablandırmaqda çətinlik çəkib. Respondentlərin 52 faizi həmçinin baş nazir Castin Tryudon liberal hökumətinin ABŞ-dan olan miqrantlarla bağlı "Açıq qapı" siyasətini dəstəklədiyini bildirib. 
Rəyi soruşulanların 16 faizi isə bu siyasəti qəti bəyənmədiyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nanos-research-kanada-sakinleri-abs-dan-gelen-miqrantlari-tehlukeli-saymir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR