Liviyada bir qrup silahlı neft çənlərinə hücum edib

Liviyada bir qrup silahlı neft çənlərinə hücum edib
06:27 4 Mart 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Bir qrup yaraqlı Liviyanın şimalında yerləşən ən böyük neft limanı Es-Siderdə neft çənlərinə hücum edib.
"Report"un məlumatına görə, bu barədə "Daily star"ın veb saytı xəbər verib.
Xəbərdə bildirilir ki, hücum edənlər "Benqazinin müdafiəsi briqadası"nın silahlıları olub. Liviya ordusu silahlıların hücumunu dəf edə bilib.
Bundan əvvəl isə radikal islamçılar neft mədənlərinə nəzarəti ələ keçirdiklərini əks etdirən fotolar paylaşıblar.
Es-Sider limanına nəzarəti ələ keçirmək üçün ölkənin əsas hakimiyyətinə etiraz etmiş güclər arasında arasıkəsilməyən döyüşlər aparılıb. Nəticədə Liviyanın loyal hakimiyyətinin hərbi qulluqçuları neft yataqları üzərində nəzarətə müvffət olublar. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/liviyada-silahlilar-neft-cenlerine-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR