Sailfish OS təqdim olundu

Sailfish OS  təqdim olundu
07:22 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

Finlandiyanın "Jolla" şirkəti Barselonada keçirilən "MWC 2017" sərgisi çərçivəsində əsasında "Sony Xperia X" seriyasından olan qurğuların işləyəcəyi "Sailfish OS" əməliyyat sistemini nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, finlandiyalı tərtibatçılar qeyd ediblər ki, sistemin son modifikasiyası "Sony" və "Jolla" şirkətlərinin birgə layihəsidir. Əməkdaşlıq nəticəsində Yaponiya şirkəti finlandiyalı həmkarlarına platformanın müasir mobil qurğulara uyğunlaşdırılması üçün tələb olunan bütün elementləri təqdim edib və hazırda əməliyyat sistemini hamı quraşdıraraq yararlana bilər. Sistem yaradıcıları bildiriblər ki, bu halda başlıca müsbət amil platformanın avtomatik yenilənməsidir.

Sərgi çərçivəsində yeni sistemin təqdimatı zamanı bir sıra "Sony Xperia X" nümunələrinin müasir əməliyyat sisteminin işində nasazlıq yaratması məlum olub. Buna baxmayaraq mütəxəssislər istifadəçiləri nasazlıqların cüzi olmasına əmin edərək yaxın vaxtlarda onları tam aradan qaldıracaqlarını bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR