Facebook intihara meylli insanları müəyyənləşdirəcək

Facebook intihara meylli insanları müəyyənləşdirəcək
08:05 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Facebook" sosial şəbəkəsi intihara meylli insanları müəyyənləşdirməyə kömək edən yeni alqoritm hazırlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, alqoritm süni intellektə əsaslanır.
 
Süni intellekt risk qrupundakı insanı müəyyənləşdirdikdən sonra ona ağır günləri keçirməyə kömək edən resurslar, eləcə də telefon nömrəsi tövsiyə edəcək.
 
Qeyd edək ki, sosial şəbəkənin rəhbəri Mark Zukerberq daha əvvəl bir neçə dəfə bəyan edib ki, "Facebook" mürəkkəb vəziyyətlə üzləşmiş insanlara yardım etməli və onların özlərinə zərər vermələrini əngəlləməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR