Məşhur futbolçunun evi qarət olunub - FOTO

Məşhur futbolçunun evi qarət olunub - FOTO
08:05 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

Məşhur britaniyalı futbolçu Con Terrinin evi qarət olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident fevralın 25-də, Surrey qraflığında qeydə alınıb.
 
Adıçəkilən evi İngiltərə yığma komandasının sabiq kapitanı 2014-cü ildə tanınmış qolfçu Kolin Montqomeridən 5 milyon funt sterlinqə alıb.
 
Cinayət C.Terri həyat yoldaşı ilə birgə Dubayda olduqları vaxt baş verib. Faktla bağlı polis araşdırma aparır.  
 
1998-ci ildən Londonun "Çelsi" klubunun şərəfini qoruyan  C.Terri cari mövsümdə İngiltərə çempionatında 5 oyun keçirib. Onun klub ilə müqaviləsi 2017-ci ilin yayında bitir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR