Android-də yeni virus tapıldı

Android-də yeni virus tapıldı
08:05 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Android" mobil əməliyyat sistemi ilə işləyən qurğularda peyda olan troyan istifadəçinin bank proqramlarından loqin və parolları oğurlayır. Bu haqda "ESET" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, virus hava proqnozu vidceti kimi maskalanır, smartfonda bank proqramlarını axtarıb tapdıqdan sonra loqin və parolları oğurlayaraq öz operatorlarına göndərir. "ESET" şirkətinin məlumatına görə, ilk dəfə sözügedən troyan virusu 2017-ci ilin fevralında aşkar edilmişdi və Böyük Britaniya, Avstriya, Almaniya və Türkiyənin 69 proqramına qarşı hədəflənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/522666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR