"Prezidentin Pakistan səfəri Qarabağdakı döyüşlərə də təsir edəcək"

"Prezidentin Pakistan səfəri Qarabağdakı döyüşlərə də təsir edəcək"
08:05 4 Mart 2017
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyevin Pakistan səfəri iqtisadi-siyasi məsələlərlə yanaşı, hərbi sahədə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələrlə də yadda qaldı.

Bu barədə Milli.Az-a "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov prezident İlham Əliyevin Pakistan İslam Respublikasına səfərinin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, həm İslam Konfransı Təşkilatı çərçivəsində, həm də ayrılıqda bir sıra müsəlman ölkələrində Dağlıq Qarabağın işğalının pislənməsinə və Ermənistanın Azərbaycan torpaqlarını azad etməli olduğuna dair sənədlər qəbul edilib: "Bu məsələdə təkcə Türkiyə yox, bütün müsəlman ölkələri Azərbaycanın tərəfindədirlər. Pakistana səfər isə təkcə siyasi yox, həm də hərbi xarakter daşıyırdı.


Prezident İlham Əliyevin Pakistana səfəri - FOTO

Düzdür, Azərbaycanla Pakistan arasında artıq uzun müddətdir ki, hərbi sahədə əməkdaşlıq var və intensiv inkişaf etdirilir. Pakistan rəhbərliyi dəfələrlə qeyd edib ki, Azərbaycana hər cür, o cümlədən hərbi sahədə yardım etməyə hazırdır. Pakistan nüvə silahına malik olan yeganə müsəlman ölkəsidir, eləcə də modern raket texnologiyalarına sahibdir. Belə bir vəziyyətdə dövlət başçısının Pakistana səfəri və səfər çərçivəsində müdafiə və müdafiə sənayesi üzrə konkret layihələrin müzakirə edilməsi təsdiq edir ki, Azərbaycan Pakistanla hərbi-texniki əməkdaşlığı daha da gücləndirəcək".

Ekspertin fikrincə, bu əməkdaşlıq təkcə Pakistandan hərbi texnikaların alınması ilə yox, hərbçilərimizin təlimi, müharibənin aparılmasının yeni üsullarının öyrənilməsi ilə də bağlıdır:

"Pakistan dağlıq ərazilərdə müharibə aparılmasına dair yaxşı təcrübəyə və belə şəraitdə düşmən mövqelərinin məhv edilməsi üçün müasir texnikaya malikdir. Bu baxımdan səfər çox əhəmiyyətlidir. Prezident İslamabadda olarkən bir tərəfdən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində islam ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi mesajını verdi, həm Dağlıq Qarabağ məsələsini gündəmdə saxladı, həm də Pakistanla hərbi əməkdaşlığı daha da inkişaf etdirmək üçün lazım olan addımları atdı".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube  resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR