De Mistura V raundu planlaşdırır

De Mistura V raundu planlaşdırır
08:17 4 Mart 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura Cenevrədə Suriya üzrə danışıqların dördüncü mərhələsinin yekunları barədə BMT TŞ-na məlumat verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bundan əlavə, de Mistura mart ayında bu danışıqların beşinci raundunu keçirməyi planlaşdırır.

De Mistura dördüncü mərhələnin yekunları üzrə mətbuat konfransında bildirib ki: "Mən Təhlükəsizlik Şurasına və BMT-nin baş katibi Antoniu Quterrişə məluma vermək üçün yaxın bir neçə gündə Nyu-Yorka gedəcəm".

Xüsusi nümayəndə qeyd edib ki, mart ayında beşinci mərhələ üçün tərəfləri bir araya gətirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR