Tuvada bir ailənin 4 üzvü qətlə yetirilib

Tuvada bir ailənin 4 üzvü qətlə yetirilib
08:22 4 Mart 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Tuva Respublikasının Ak-Dovurak şəhərindəki beşmərtəbəli binadakı mənzillərdən birində baş vermiş yanğını söndürərkən 4 insan cəsədini aşkar ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "RİA Novosti" xəbər verib.
Xəbərdə bildirilir ki cəsədlər bir ailənin üzvlərinə məxsusdur. Öldürülənlərdən 2-i dörd və altı yaşlı uşaqlardır. Hadisənin gecə baş verdiyi bildirilir.
Məlumatda həmçinin qeyd edilir ki, cəsədlərin üzərində zorakılıq əlamətləri müəyyən edilib. Faktla bağlı cinayət məcəlləsinin iki və daha çox şəxsi qətlə yetirmə, habelə azyaşlıların qətli maddələri üzrə cinayət işi başlayıb. Hadisə yerində Daxili İşlər Nazirliyinin və Təhqiqat Komissiyasının əməkdaşları işləyir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR