İblis mələkdir yoxsa cin?

İblis mələkdir yoxsa cin?
08:37 4 Mart 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Allah Quranda İblisin mənşəyi və mahiyyəti barədə buyurur: "O, cinlərdən idi" (Kəhf, 50). Həmçinin, Quranda İblisin öz dilindən deyilir: "Mən ondan (Adəmdən) daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!" (Əraf, 12). Məlumdur ki, cinlər də alovdan yaranmışlar: "Cinlərin əcdadını daha öncə tüstüsüz oddan xəlq etmişdik" (Hicr, 27).

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin Quranda Adəmə təzim etmək məsələsində İblisin adı mələklərlə bir sırada çəkilir (Bəqərə, 34; Kəhf, 50). Deməli, o da Adəmlə və mələklərlə birlikdə cənnətdə imiş.

Bəzi mənbələrdə yazırlar ki, Həzrət Adəmdən (ə) də əvvəl yer üzündə şüurlu və iradəli məxluqlar yaşamışlar. Lakin onlar axırda Allaha asi olduqları üçün məhv olmuş və öz yerlərini başqa canlılara vermişlər. Vaxtilə yer üzü cinlərlə məskunlaşmışdı. Onlar əvvəlcə Allaha ibadət edib saleh şəkildə yaşadılar. Amma sonra haqq yoldan azdılar və Yaradana qarşı üsyan etdilər. Bu zaman Allah onların üzərinə mələklərdən ibarət qoşun göndərdi. Mələklər cinlərlə döyüşüb onları məğlub etdilər. Cinlərin əksəriyyəti öldürüldü, az bir qismi tövbə etdi və əsir alındı. İblis də tövbə edəndən sonra mələklər tərəfindən əsir tutulub səmaya aparıldı. Amma o özünü elə nümunəvi şəkildə göstərdi ki, mələklərin arasında qalmasına icazə verildi. Həzrət Əli (ə) "Nəhcül-bəlağə"nin Qasiə xütbəsində buyurub ki, İblis səmada Allaha altı min il ibadət etmişdi. Özü də bilinmir ki, bu illər yer ili idi, yoxsa (bundan qat-qat uzun olan) göy ili. Rəvayətə görə, İblis üçün səmada nurdan minbər qoyulmuşdu; o həmin minbərə qalxıb mələklərə tövhiddən dərs deyirdi. Buna görə Quranın yuxarıdakı ayəsində İblis zahirən mələklərdən biri kimi təqdim edilir, əslində isə o mələk deyildi (bax: Əyyaşi təfsiri, I, 33-34; Nurüs-səqəleyn təfsiri, I, 56).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR