“WhatsApp” və “Messenger” rekord vurdular

“WhatsApp” və “Messenger” rekord vurdular
08:42 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

2014-cü ildən 2016-cı ilə qədər olan müddətdə "WhatsApp" və "Messenger" ən böyük ziyarətçi göstəricisi nümayiş etdiriblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sosial şəbəkələrdən hər biri öz sıralarına 500 milyona yaxın yeni istifadəçi cəlb edib.

Araşdırmanın təşkilatçısı qismində "Statista" portalı çıxış edib. "Messenger"in ardınca 467 milyon nəfər insanı "Facebook" saytı cəlb edə bilib.

Statistikaya əsasən, "Instagram"da say 300 milyon nəfər artıb, "Snapchat" isə cəmi 87 milyon nəfər artıra bilib. "Twitter" sosial şəbəkəsi 31 milyon nəfər yeni istifadəçi qazanıb.

"Twitter"in populyarlığının belə tez düşməsi böhrana səbəb olub. Mikrobloqlar xidmətinin administrasiyası sosial şəbəkənin mümkün satışı məsələsini müzakirə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/522662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR