Qaynana kürəkənin yanında başını mütləq bağlamalıdırmı?

Qaynana kürəkənin yanında başını mütləq bağlamalıdırmı?
08:47 4 Mart 2017
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaynana kürəkənə məhrəm sayılır. Eləcə də, qaynata gəlinə məhrəmdir. Bunların bir-birindən örtünməsi lazım deyil. Ümumiyyətlə, məhrəmlik bir neçə yolla yaranır ki, bunlardan biri qan qohumluğu vasitəsilədir. Məsələn, ana-ata, bacı, qardaş, onların uşaqları və nəvələri, əmi, dayı, xala, bibi, nənələr və babalar, ata-ananın əmisi, bibisi, dayısı və xalası adama məhrəmdir. Adamın öz övladları, nəvələri də məhrəm sayılırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, məhrəm olmağın ikinci yolu süd verməklədir ki, burada da qan qohumluğuna oxşar məhrəmlik yaranır. Süd verməyin şərtləri burada nəzərə alınmalıdır.

Nəhayət, üçüncü növ məhrəmlik evlənmək vasitəsilə əmələ gəlir. Bu zaman həyat yoldaşının valideynləri, baba və nənələri adama məhrəm olur. Amma qayın və baldız bura aid deyil. Yəni gəlin öz qaynının, qız da yeznənin yanında hicabla gəzməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR