Hər ay 55 milyon insan bu oyunu oynayır

Hər ay 55 milyon insan bu oyunu oynayır
08:52 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" korporasiyasına məxsus "Mojang" studiyası tərəfindən tərtib edilən "Minecraft" hələ də həddindən artıq populyar oyun olmaqda qalır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  tərtibatçılar tərəfindən dərc edilən statistikaya əsasən, hazırda hər ay 55 milyon insan "Minecraft" oyununu oynayır.

Bununla belə, "life.ru" saytı bildirir ki, "Mojang" studiyası özünün "Twitter" akkauntunda müvafiq statistik məlumatlar dərc edib, ancaq oyunçuların konkret olaraq hansı oyun platformaları arasında necə bölüşdüyünü dəqiqləşdirməyib.  

Aylıq auditoriyadan başqa, "Mojang" əməkdaşları hesablayıblar ki, bu müddət ərzində 122 milyondan artıq "Minecraft" oyunu nüsxələrinin satışı həyata keçirilib. Çünki "Minecraft" oyununun lisenziyalı oyunçularından başqa, elələri də var ki, bu oyunu pirat serverlərdə oynayır. Yəni oyunun real populyarlığı daha yüksəkdir.

Maraqlısı budur ki, "Minecraft" oyununun mobil platformalardakı satışları ənənəvi oyun cihazları və masaüstü kompüterlərdən daha böyük göstəricilərə malikdir. Bununla belə, belə bir tendensiya bütün dünyadan olan oyunçular arasında qeyd edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR