"Əl-Qaidə" rəhbərlərindən biri Yəməndə məhv edilib

"Əl-Qaidə" rəhbərlərindən biri Yəməndə məhv edilib
08:52 4 Mart 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ "Əl-Qaidə" rəhbərlərindən biri Yəməndə məhv edilib.
"Report" xəbər verir ki, bu barədə "NBC" teleşirkəti məlumat yayıb.
Məlumata görə, öldürülən şəxs Üsamə Heydərdir. O, ABŞ-ın hava zərbələri nəticəsində məhv edilib.
Xəbər terrorçunun qohumlarından biri tərəfindən təsdiqlənib. Heydər və daha bir neçə silahlı avtomobildə olublar. Avtomaşın pilotsuz uçuş aparat və ya hərbi təyyarə tərəfindən vurulub.
Terrorçunun "Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı qanadına qoşularaq husilərə, Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qüvvələrinə qarşı döyüşdə iştirak etdiyi bildirilir. Qeyd edək ki, son günlər ABŞ "Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı qanadının terror aktları planlarının qarşısını almaq məqsədilə qruplaşmanın mövqelərinə dəfələrlə zərbələr endirib.
Yəməndə hökumət qüvvələri ilə qiyamçı husilər arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. Bir sıra terrorçu qruplaşmalar, o cümlədən İŞİD, "Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı qanadı bundan istifadə edirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/el-qaide-rehberlerinden-biri-yemende-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR