“Sabunçuavtomatikaquraşdırma”nın rəhbərliyi yenidən formalaşdırılacaq

“Sabunçuavtomatikaquraşdırma”nın rəhbərliyi yenidən formalaşdırılacaq
09:02 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Aprelin 21-də “Sabunçuavtomatikaquraşdırma” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq saat 10:00-da müəssisənin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə. Bağırov küçəsi, 10 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2016-cı il üzrə balans yekunlarının təhlili, maliyyə-təftiş komissiyasının məlumatının müzakirəsi, dividendlərin bölünməsi, müşahidə şurasının, idarə heyətinin və təftiş komissiyasının formalaşdırılması (sədrlərin və üzvlərin seçilməsi), 2017–ci ildə qarşıda duran məsələlər daxildir.
Xatırladaq ki, “Sabunçuavtomatikaquraşdırma” ASC 2002-ci ildə yaradılıb. Müəssisə nizamnamə kapitalının məbləğini açıqlamır. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sabuncuavtomatikaqurasdirma-nin-rehberliyi-yeniden-formalasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR