Rusiyanın virtual reallıq bazarında satışlar artdı

Rusiyanın virtual reallıq bazarında satışlar artdı
09:05 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

2016-cı ildə Rusiyada virtual texnika istehsal edən şirkətlərə yatırılan investisiyaların həcmi daha əvvəlki illə müqayisədə 3 dəfə artıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ötən ilə qədər belə şirkətlərin sayı 183 olub.

2015-2016-cı illərdə virtual texnikanın inkişafına vəsait ödənilib. Bu rəqəm 200 milyon rubl və ya 3 milyon 460 min dollar təşkil edib. 2016-cı ildə belə layihələri Rusiyanın aparıcı şirkətləri həyata keçiriblər.

Analitiklər tərəfindən təqdim edilən nəticələrə görə, əsas şirkətlər virtual həyatın tərtibatı ilə məşğul olan studiyalar olub. 2016-cı ilin sentyabr ayında "Mail.Ru Group" özünün ilk virtual oyununun prototipini istehsal edib. Həmçinin "Avrorus" şirkəti virtual reallıq platformasının tərtib edilməsi ilə məşğuldur. "Avto 24" televiziya kanalı da heç kəsdən geri qalmayaraq, özünün "VR 24" adlanan mobil əlavəsini istehsal edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR