APL: 21-ci tur: "Qəbələ" və "Qarabağ" səfərə yollanır

APL: 21-ci tur: "Qəbələ" və "Qarabağ" səfərə yollanır
09:18 4 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, 3-cü dövrənin son turunun oyunları iki gün ərzində baş tutacaq.

Şənbə günü baş tutacaq matçlarda lider “Qəbələ”lə ilə ən yaxın izləyicisi “Qarabağ” səfərdə oynayacaqlar.

Qəbələnin rəqibi cari çempionatda məğlub edə bilmədiyi yeganə komanda “İnter”dir. Bu kollektivlərin ilk iki dövrədəki görüşlərində heç-heçə qeydə alınıb. Ümumilikdə bu görüş “İnter”lə “Qəbələ”nin milli çempionatlarda 35-ci dueli olacaq. Əvvəlki 34 matçın 14-də paytaxt klubu, 7-də əyalət komandası 3 xal əldə edib.

“Qarabağ”la “Sumqayıt”ın duellərində isə üstün tərəf Ağdam klubudur. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki 18 oyundan 12-də qalib gəlib, 4-də uduzmaqla yanaşı, cari çempionatda hər iki matçda rəqibini qol buraxmadan üstələyib.

Azərbaycan Premyer Liqası. 21-ci tur

4 mart

16:00 “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

“Kapital Bank Arena”

İlk iki dövrə - 0:2, 0:3

20:00 “İnter” – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“İnter Arena”

İlk iki dövrə - 0:0, 1:1


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR