Bakının Cəfər Xəndan küçəsində təmir işləri yekunlaşıb

Bakının Cəfər Xəndan küçəsində təmir işləri yekunlaşıb
09:22 4 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT.AZ/ Bakının Binəqədi rayonundakı Cəfər Xəndan küçəsi təmir olunub.
Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 
Məlumata görə, təmir işləri ilkin mərhələdə küçənin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, daha sonra Əhməd Rəcəbli küçəsi ilə Azadlıq prospekti arasında yerləşən 1650 metrlik hissəsində aparılıb. Küçənin ortalama eni 16 metr təşkil edir.
Təmir işləri çərçivəsində küçə boyu yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb. Zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılan kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.
C.Xəndan küçəsinin köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb. Ümumilikdə yolun 38 min kv.m sahəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Aparılan təmir işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb. Səkilərin kənarlarına 5 min paqon-metr yeni səki daşları düzülüb.
Təmir işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakinin-cefer-xendan-kucesinde-temir-isleri-yekunlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR