Dövlət katibi: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək"

Dövlət katibi: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək"
09:37 4 Mart 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 mart. REPORT. AZ/ "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla telefon danışığı zamanı deyib.
Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Tillerson və Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə atılan addımlar haqqında fikir mübadiləsi aparıblar. Keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/dovlet-katibi-abs-dagliq-qarabag-munaqisesinin-sulh-yolu-ile-hellini-feal-sekilde-desteklemeye-dav

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR