“Barselona”ya sürpriz yoxlama - DOPİNQ

“Barselona”ya sürpriz yoxlama -   DOPİNQ
09:37 4 Mart 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın 10 futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyunundan öncə dopinq testə cəlb edilib.


Fanat.Az xəbər verir ki, “Barsa”nın bazasına gələn UEFA-nın dopinq-test heyəti 10 futbolçudan dopinq test götürüblər. Maraqlıdı ki, test götürülən futbolçuların hamısı katalonların əsas heyət üzvləri olub. Belə ki, UEFA nümayəndələri Xerard Pike, Lionel Messi, İvan Rakitiç, Serxio Busqets, Andres İnyesta, Luis Suares, Neymar, Xordi Alba, Xavyer Maskerano və Serji Robertodan qan və idrar nümunəsi götürüblər.


“Barsa” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə PSJ-yə 0:4 hesabıyla uduzub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-barselonaya-surpriz-yoxlama-t56676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR