Ombaları ilə başı dərddə olan xanımlar...

Omba və bel çevrəsindəki kilolar qadınların yaşadığı ən böyük problemlərdən biridir. Omba, bel və budlardakı artıq yağlardan necə qurtulaq?

Əgər məqsədiniz sadəcə budlardakı və ya beldəki artıq yağlardan qurtulmaqdırsa, müvəffəqiyyətsiz olmaq şansınız böyükdür. Çünki problemli bölgələrinizdən qurtulmaq üçün bütün bədəninizdən yağı atmalısınız. Bədəniniz incəlincə budlarınız və beliniz də incələcək.

Metbuat.az məlumat verir ki, artıq yağlardan qurtulmaq üçün pəhrizlə yanaşı sağlam qidalanmaq, mütəmadi idmanla məşğul olmaq da vacibdir.

Yaşlanmaq, hormonal pozğunluqlar və genetik faktorlar qadınlarda çəki almağa səbəb olur. Qadınlarda bədən yağı kişilərdən çox olduğu üçün, çəki artımı zamanı yağlar omba, bud hissələrdə toplanır.

Dietoloqlar bildirir ki, daha az kalori almaq üçün yüksək kalorili qidaları, aşağı kalorili olanlarla dəyişdirin. Şəkərli içkilər və alkoqol yerinə su için, qurabiyə yerinə meyvə yeyin, tam yağlı süd məhsulları əvəzinə, az yağlı olanları istehlak edin. Yağsız ət, meyvə, tam taxıllılar və az yağlı süd məhsullarından istifadə edin. Ürək məşqləri ilə kalori yandırarkən, əzələ toxumalarınızı itirməmək üçün ağırlıq hərəkətləri də edin.

Dietoloqlar ən azı həftədə bir kilo çəki atmağın normal olduğunu tövsiyə edirlər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR