Sarımsağı südlə qarışdırıb için

Tənəffüs yollarınız müxtəlif səbəblərdən tıxandığı zaman nəfəs alıb verdiyinizdə xırıltı hiss edirsiniz?

Metbuat.az məlumat verir ki, xırıltıdan təbii üsullarla qurtula bilərsiniz.

Xırıltıya müsbət təsir edən müalicə üsullarından ən təsirlisi buxar terapiyasıdır. Bunun üçün geniş bir qaba qaynar su doldurun. İçərisinə nanə və ya evkalipt yağı əlavə edin. Buxarın yayılmaması üçün başınızı bir dəsmalla örtüb qaba doğru əyilib içinizə çəkin. 10-15 dəqiqə boyunca içinizə çəkməyə davam edin.

Digər təsirli üsul isə sarımsaqdır. Sarımsaq sadəcə xırıltı üçün deyil, astma və öskürəyin müalicəsində də effektlidir. 3-4 diş sarımsağı əzib bir bardaq süd və ya suyla qaynadın. Soyumasını gözlədikdən sonra gündə 2-3 dəfə için. Və ya gündə iki dəfə sarımsaqla bir çay qaşığı bal yeyin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR