Osmanlı sultanı Osman Qazi haqda

Osman Qazi Osmanlı imperiyasının ən məşhur sultanlarından hesab olunur.

Metbuat.az Osmanlı sultanı Osman Qaziyə aid 5 yaddaqalan məqamı təqdim edir:

  • Ayaq üstdə durarkən əlləri dizindən aşağıya çatardı. Buna səbəb kimi ya əllərinin uzun, ya da ayaqlarının qısa olduğu söylənilir.
  • Bir dəfə geyindiyini təkrar geyinməzdi. Səbəbi başqa birini sevindirmək idi. Biri onun paltarına diqqətlə baxsa, dərhal həmin paltarı çıxarıb ona bağışlayardı.
  • Yeməkdən əvvəl musiqi dinləyərdi.
  • Bəzi tarixi mənbələrdə onun pəhlivanlıqla da məşğul olduğu qeyd edilir.
  • Qədim türk qəbilə adətinə görə, ilin müəyyən günü qəbilə başçısı və xanımı özləri ilə heç nə götürmədən evlərindən çıxardılar. Daha sonra isə qəbilədəki adamlara evə girərək istədiklərini götürə biləcəkləri deyilirdi. Osman Qazi də ildə bir dəfə bu adəti davam etdirirdi.

Sərdar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR