Portuqaliya parlamentindən soyqırımı QƏRARI

Portuqaliya parlamentindən soyqırımı QƏRARI
11:03 4 Mart 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Portuqaliya parlamenti 1932-1933-cü illərdə baş vermiş hadisələri (“Qolodomor”) Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko özünün Feysbuk səhifəsində yazıb.

Poroşenko bununla əlaqədar rəsmi Lissabona minnətdarlığını bildirib.

“Noticias ao minute” nəşrinin məlumatına görə, bu təşəbbüslə Portuqaliyanın Sosial-Demokrat Partiyası çıxış edib. Qanun layihəsinin mətnində deyilir ki, sosial-demokratlar totalitarlığın bütün formaları və insanlığa qarşı bütün cinayətləri ittiham edir. Partiyanın nümayəndəsi Telmo Korreyanın sözlərinə görə, nasizmin qurbanları ilə müqayisədə kommunizmin qurbanları daha çox olub.

Səsvermə zamanı isə Portuqaliya Kommunist Partiyasından olan deputatlar qanun layhəsinin əleyhinə səs veriblər. Onlar xatırladıblar ki, yalnız Ukrayna sakinləri, deyil həm də Rusiya, hətta Polşa sakinləri kütləvi aclığın qurbanı olublar.

Qeyd edək ki, 1932-1933-cü illərdə Stalin rejiminin yürütdüyü siyasət nəticəsində 7 milyon ukraynalı aclıqdan ölüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR