Berti Foqts Bakıya gələcək

Berti Foqts Bakıya gələcək
11:05 4 Mart 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gələcək.

Milli.Az report-a istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis martın 26-da Azərbaycan və Almaniya yığmaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçında qonaq olacaq.

O, oyunu canlı yayımlayacaq RTL telekanalında Bundestimin keçmiş qapıçısı Yens Lemann ilə birgə ekspert kimi çıxış edəcək. Saat 20:00-da başlanacaq görüşü Almaniya televiziyası üçün Marko Hageman şərh edəcək.

Qeyd edək ki, Berti Foqts 1990 - 1998-ci illərdə Almaniya, 2008 - 2014-cü illərdə Azərbaycan millilərinin baş məşqçisi olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR