Portuqaliya parlamenti "Qolodomor"u soyqırım kimi tanıdı

Portuqaliya parlamenti "Qolodomor"u soyqırım kimi tanıdı
11:12 4 Mart 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Portuqaliya parlamenti 1932-1933-cü illərdə baş vermiş hadisələri ("Qolodomor") Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko özünün "Twitter" səhifəsində yazıb.
 
Poroşenko bununla əlaqədar rəsmi Lissabona minnətdarlığını bildirib.
 
Portuqaliya parlamentinin qəbul etdiyi qətnamə 1932-1933-cü illərdə Ukrayna SSR ərazisində kütləvi aclıq səbəbindən insanların ölümünü soyqırımı kimi tanıyır və bunu pisləyir. Sənəd ötən əsrin 30-cu illərində Ukraynada baş vermiş hadisələrə oxşar halları pisləməyə çağırır.
 
Qeyd edək ki, 1932-1933-cü illərdə Stalin rejiminin yürütdüyü siyasət nəticəsində 7 milyon ukraynalı aclıqdan ölüb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR