Bakıda dəhşətli intihar - Kişi boğazını ülgüclə kəsdi

Bakıda dəhşətli intihar - Kişi boğazını ülgüclə kəsdi
11:12 4 Mart 2017
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 47 yaşlı kişi hamamda boğazını kəsərək intihar edib.

Milli.Az xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Atatürk prospekti, ev 58, mənzil 25-də baş verib. Həmin evdə yaşayan, 1970-ci il təvəllüdlü Zeynalov Samir Rəhim oğlu evin hamamında ülgüclə boğazını kəsərək intihar edib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR